preloader
Yüklənir...
Önyükləyicini dayandırın

XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirildi. Səhiyyə naziri cənab Teymur Musayev və İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Diabet Liqasının rəhbərliyini və bir qrup nümayəndəsini qəbul etdi. Bu görüşün məqsədi İsrail tərəfdən 5 nəfər tip1 şəkərli diabetli uşağın və 2 nəfər onları müşayiət edən həkimlərin İsraildə təşkil edilmiş yay düşərgəsinə təcrübə mübadiləsi və uşaqların istirahəti üçün göndərilməsi idi. Qeyd edək ki, ADL 2000-ci ildən hər il diabetli uşaqlar üçün yay düşərgəsi təşkil edir. Beynəlxalq Diabet Federasiyasının üzvü kimi də hər il bir nümayəndə xarici ölkələrə göndərilir. Ona görə də bu layihə çərçivəsində təcrübə mübadiləsinin olması ADL üçün maraqlı və sevindirici hadisədir.

Paylaş:

DOSTLARIMIZ

Dəstəyinizə görə hər birinizə minnətdarıq!

BAŞ SPONSOR

Saytın yaradılması və saxlanılması ilə bağlı layihəni maliyyələşdirən qurum