LAYİHƏLƏRİMİZ

project

ADL.AZ

Azərbaycan Diabet Liqası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT layihələrinin maliyyələşdirilməsi üzrə keçirdiyi 2020-ci il qrant müsabiqəsinin qalibi olub. Qurumun rəsmi, daha funksional və məsuliyyətli internet saytı maarifləndirmə məqsədilə yaradılmışdır.

20 noyabr 2020
image

Qarabağ Azərbaycandır!

  • image

Azərbaycan Diabet Liqası 14 noyabr - Ümumdünya Diabet Günü və təşkilatın 20 illiyinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı fotomüsabiqə elan edib.

Daha çox 01-14 Noyabr 2020
video

"Diabetə birlikdə qalib gələk!"

Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Diabetə birlikdə qalib gələk!” devizi ilə tədbir keçirilib.

Daha çox 23 iyun 2018
project

ADL-in Gəncədə və Lənkəranda keçirdiyi konfrans

2018-ci il may ayının 15-18 tarixlərində ADL-in tibb departamentinin rəhbəri, sədr müavini Səriyyə Ağayevanın rəhbərliyi altında Gəncədə (Səhiyyə İdarəsinin zalında) və Lənkəranda (Mərkəzi Rayon Xəstəxanasının akt zalında) Şəkərli diabetə həsr edilmiş ən son informasiyalarla həkimlərin qarşısında mühazirələr söylənildi. REM-in həkimi, ADL- in sədri Yeganə Sultanova bu konfransda "İnsulin terapiyanın qaydaları", Səriyyə Ağayeva isə "Tip2 şəkərli diabetin müalicəsində yeni aspektlər" mövzuları ilə çıxış etdilər.

Daha çox 15-18 May 2018
project

Psixoloji təlim

Aprelin 28-də Milli QHT Forumunun Uşaq Hüquqları mərkəzinin təşkilatçılığı ilə leykemiya, hemofiliya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların valideyinlərinə psixoloji təlimlər keçirilib. Təlimlərin mövzusu "stress və qorxu" olub. Təlimdə Uşaq hüquqları mərkəzinin direktoru Ayaz Hüseynov açılış etmiş və Psixoloq Ramin Hacıyev valideynləri sözügedən mövzular haqda məlumatlandırmışdır. Ramin bəyin təlimlərində art terapiya da geniş yer almışdır. Təlimlərin sonunda müəyyən olunan valideyn və uşaqlarla yaxın zamanda individual görüşlərin keçirilməsi də planlaşdırılır.

Daha çox 28 aprel 2018
video

"Diabetə birlikdə qalib gələk!" konfransı

09.02.2018-ci il tarixində ADL-in "Diabetə birlikdə qalib gələk!" adlı tədbiri baş tutdu.

Daha çox 09 fevral 2018

BİZİM KOMANDAYA SƏN DƏ QOŞUL

ADL hər kəs üçün açıq olan ictimai birlikdir.

Könüllü ol

DOSTLARIMIZ

Dəstəyinizə görə hər birinizə minnətdarıq!

BAŞ SPONSOR

Saytın yaradılması və saxlanılması ilə bağlı layihəni maliyyələşdirən qurum