Azərbaycan Diabet Liqası İB-in xətti ilə bir qrup həkimlərimiz 55-ci Beynəlxalq Diabet Konqresində iştirak etdi. ADL-in nümayəndələrini dəvət edən uzun illərdir ki, bizi dəstəkləyən Türkiyə Diabet Fondunun başçısı prof. M. Temel Yılmaza və Türkiyə Diabet Cəmiyyətinin başçısı prof. İlkova ADL adından Təşəkkürnamə və hədiyyələr təqdim olundu.
Şimali Kipr Cümhuriyyəti / 24-27 aprel 2019-cu il