preloader
Yüklənir...
Önyükləyicini dayandırın

XƏBƏRLƏR

Bu il iyul ayının 7-dən 13-nə qədər IDF Europe tərəfindən təşkil edilən YLC 2019 Gənclərin Liderlik Düşərgəsində ADL-in üzvü Kamil Quliyev də iştirak etdi.

Kamil Quliyev yazdığı məktubunda öz təəsüratlarını bölüşdü:

Salam, mənim adım Kamildir, 20 yaşım var və mən Bakı şəhərində yaşayıram.

2008-ci ildə Tip1 şəkərli diabetlə xəstələnmişəm və ondan sonra ADL-ə (Azərbaycan Diabet Liqası) üzv olmuşam.

Bu il IDF Europe tərəfindən təşkil edilən YLC 2019 (Gənclərin Liderlik Düşərgəsi)-a qoşulmaq qərarına gəldim, beləliklə beynəlxalq düşərgədə iştirak etmək üçün öz namizədliyimi irəli sürdüm və uğur qazandım. YLC 2019 üçün Avropa ölkələrindən seçilmiş namizədlər iyul ayında Türkiyənin İstanbul şəhəridə "Doga Tatil Koyu" adlı regionunda bizim üçün təşkil olunan düşərgə zonasında görüşdük.

Düzünü deyim, ilk beynəlxalq miqyaslı düşərgədə iştirak etməzdən əvvəl özümü bir qədər əminsiz hiss edirdim, lakin həqiqət gözləntilərimi üstələdi. Avropanın, demək olar ki, bütün ölkələrindən yeni dostlar qazandım və mən bununla çox fəxr edirəm. Beləliklə diabetlə bağlı təcrübə mübadiləsi sayəsində bu sahədə kifayət qədər bilik toplaya bildim.

Biz, təşkilatçılar və iştirakçılar, seminarlar və təqdimatlarla dolu gözəl tədris həftəsi keçirdik və əlbəttə ki, əylənmayi də unutmadıq. Hər gün futbol, voleybol, üzgüçülük, göl ətrafında və dağda ekskursiyalar, gəmi turu və s. bu kimi aktiv əyləncələr təşkil olunmuşdu. Bundan əlavə, müxtəlif təşkilat və şirkətlərdən nümayəndələr, əvvəlki illərin düşərgə iştirakçıları bizim seminarlarımızda özlərinin bilik və təcrübələri ilə bölüşürdülər, faydalı təlimlər keçirdilər, həmçinin də bir çox aktual mövzulara aid praktiki tapşırıqlar (practical case work) verirdilər. Bütün bunlar düşərgə iştirakçılarının diabetlə işlər mövzusunda real təcrübə qazanmağında əvəzsiz rol oynadı.

Azərbaycan Diabet Liqası hər il yay düşərgələrini təşkil edir. Həkimlərin və tibb içşilərinin bizim yerli düşərgələrimizdə aktiv iştirakı əsas fərqli məqam kimi qeyd oluna bilər. Bu, həqiqətən, düşərgənin bütün iştirakçılarına şəkərin səviyyəsini daha səmərəli şəkildə necə idarə etməyə və digər göstərişlərə əməl etməyi öyrənməyə kömək edir.

YLC 2019-dakı iştirakımdan sonra orada qazandığım bilik və təcrübəmi Azərbaycanda diabetlə bağlı təşkil olunacaq yay düşərgələrində seminarlar və praktiki təlimlər keçirməklə bölüşəcəm. Əminəm ki, bütün bunlar ADL-in digər üzvlərinin də bilik və təcrübələrinin artırılmasında mühüm rol oynayacaq.

IDF Europe YLC 2019 təşkilatçılarına və aktiv liderlərinə, xüsusilə də Sabine Dupont, Kyle Jacques Rose, Iryna Vlasenko, Cristina Petrut və s. eləcə də Türkiyə Diabet Vakfına YLC 2019 layihəsinin, bir qədər qısa olsa belə özündə sevinc dolu məqamları birləşdirən hadisəni gerçəkləşdirməkdə böyük əməkləri oldu və buna görə onlara öz dərin minnətdarlığımı bildirirəm. Həm də Türkiyədə bu möhtəşəm düşərgədə iştirak etmək üçün mənə böyük dəstək verən ADL-in rəhbəri Yeganə Sultanovaya təşəkkürümü bildirirəm.

Güc birlikdədir! Diabetə birlikdə qalib gələk!

Paylaş:

DOSTLARIMIZ

Dəstəyinizə görə hər birinizə minnətdarıq!

BAŞ SPONSOR

Saytın yaradılması və saxlanılması ilə bağlı layihəni maliyyələşdirən qurum