preloader
Yüklənir...
Önyükləyicini dayandırın

XƏBƏRLƏR

image

Səhiyyə yönümlü ictimai birlik olmasına baxmayaraq, respublikamızın ictimai həyatında baş verən bütün hadisələrə həssas yanaşan, 2000-ci ildən fəaliyyət göstərərək ölkə əhalisinin sağlamlığını mühafizə etmək, diabetlə xəstə olan vətəndaşlarımızın həyat tərzini yüksəltmək missiyası daşıyan Azərbaycan Diabet Liqası bu ilin ortalarında "Əhalinin şəkərli diabet xəstəliyi ilə bağlı maarifləndirilməsi" adlı layihə həyata keçirdi.

Layihə çərçivəsində Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə respublikamızda ana dilində diabet xəstəliyinə həsr edilmiş ilk ictimai-sosial, elmi-populyar sayt - www.adl.az saytı yaradıldı. Ölkə daxilində qeydiyyata alınmış 250 000-dən çox diabetli insanların və onların yaxınlarının, diabet problemi ilə maraqlı olan insanların, ümumiyyətlə, cəmiyyətin maariflənməsində böyük rol oynayan www.adl.az saytı pandemiya dövründə bu xəstəlikdən əziyyət çəkən insanlara böyük dəstək oldu. Belə ki onları maraqlandıran bütün suallar ADL-in professional həkimləri və tibb işçiləri tərəfindən onlayn şəkildə cavablandırıldı. www.adl.az saytı ADL-in fəaliyyətində və cəmiyyətimizdə baş verənləri özündə əks etdirərək maarifləndirmə işini böyük məmnuniyyət və məsuliyyətlə davam etdirir.

Hər zaman bir-birindən maraqlı və aktual mövzularda müxtəlif layihələrə imza atan Azərbaycan Diabet Liqası fəaliyyətinin 20-ci ildönümü ərəfəsində daha bir layihə həyata keçirdi. Belə ki, ADL 60 nəfərdən çox insanın iştirakı ilə "QARABAĞ AZƏRBAYCANDIR!" adlı fotomüsabiqə elan etdi. Fotoqraf, jurnalist və ADL-in əməkdaşlarından ibarət professional münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan fotoşəkillərdən 10 fotoşəkil seçilərək sosial şəbəkədə səsverməyə qoyuldu. Noyabr ayının 14-ü - Ümumdünya Diabet Günündə səsverməyə yekun vurularaq (birinci yer münsiflər heyəti tərəfindən ləğv edildi) II yerə Nihad Qaybalıyev, III yerə isə Nəzrin Əliyeva layiq görüldü. Noyabr ayının 16-da sərt karantin qaydalarına tam əməl edilərək Respublika Endokrinoloji Mərkəzində fotomüsabiqənin qalibləri mükafatlandırıldı. II yerin qalibinə 300 AZN, III yerin qalibinə 200 AZN,
ümumiyyətlə bütün iştirakçılara isə hədiyyə və sertifikatlar təqdim edildi. Layihə rəhbəri Gülşən Əliyeva, ADL-in sədri Yeganə Sultanova, münsiflər heyətinin üzvü Kamil Quliyev iştirakçılara müvəffəqiyyətlər arzuladılar.

Paylaş:

DOSTLARIMIZ

Dəstəyinizə görə hər birinizə minnətdarıq!

BAŞ SPONSOR

Saytın yaradılması və saxlanılması ilə bağlı layihəni maliyyələşdirən qurum