preloader
Yüklənir...
Önyükləyicini dayandırın

XƏBƏRLƏR

Beynəlxalq Diabet Federasiyası (BDF) 180 ölkədən 240 təşkilatı özündə birləşdirən, qlobal səhiyyə problemləri içində diabet mövzusunda çıxış edən, ÜST və BMT ilə sıx əməkdaşlıqda olan dünya səviyyəli təşkilatdır. Azərbaycan Diabet Liqası BDF-in bir üzvü olaraq BDF-in 2022-ci il 5-8 dekabr tarixlərində keçirilən assambleyasında Azərbaycanı təmsil edir. Diabetologiyada ən son elmi təqdimatlar, səhiyyədə diabetoloji xidmətlərin təşkili, qlobal səhiyyə sistemində diabet mövzusunun yenilikləri məhz bu assambleya çərçivəsində həll edilir. Çox sevindirici haldır ki, beynəlxalq səviyyədə təşkil edilmiş assambleyada Azərbaycandan da həkimlərimiz və səhiyyə təşkilatçıları iştirak edirdi.

Facebook

Paylaş:

DOSTLARIMIZ

Dəstəyinizə görə hər birinizə minnətdarıq!

BAŞ SPONSOR

Saytın yaradılması və saxlanılması ilə bağlı layihəni maliyyələşdirən qurum